Azərbaycanın qərbində yerləşən qədim və şəfalı bir şəhərin adıdır Naftalan. Naftalanın adı neftin və ya naftanın burada yayılması ilə bağlıdır. Həmin nafta da Naftalanın təbiətinini unikal və şəhəri turistlər üçün çox maraqlı edən əsas səbəblərdən biridir.

Naftalanın təbiəti sərt iqlimə sahib deyil. Bu səbəbdən burada ilin hər mövsümündə istirahət etmək mümkündür. Şəhərin əksər hissəsinin sıx şam meşələri ilə örtülü olması səbəbiylə yay mövsümü daha sərin hava şəraiti ilə müşahidə olunur.

Naftalan şəhərinin payız görüntüləri isə insanı valeh edir. Şəhərin sehirli sarı örpəyə bürünür sanki. Bu füsunkar görüntünü sözlə ifadə etmək imkansızdır.

Füsunkar bağ massivlərinin Naftalan təbiətinə verdiyi gözəlliklər isə bir başqadır. Buranın mülayim iqlimi insanlarının xarakter və yaşayış şəklinədə təsirsiz ötüşməmişdir. Ünsiyyətcil və gülər üz yerli sakinlər buraya gələn turistlərin şəhərdən xoş xatirələrlə geri dönməsi üçün əllərindən gələni əsirgəmirlər. Burada keçirəyəcəyiniz hər dəqiqə Sizləri müsbət enerji ilə yükləyəcək. Bu isə sağlamlıq problemi olan insanlar üçün ən vacib məsələlərdən biridir. Xoş münasibət və təbiətin füsunkarlığı mənəvi olaraq istirahət etmənizi sağlayacaq. Günlük yaşam qayğılarından və böyük, gürultulu şəhər mühitindən uzaqlaşmaq Sizlərə üzərinizdə olan bitkinlik hissini atmağa yardımcı olacaq. Yuxarıda sadaladıqlarım belə Naftalan şəhərini öz gözlərinizlə görmək üçün kifayətdir. Lakin əmin ola bilərsiniz ki, burada sadalamadığım və sizə müsbət enerji verəcək bir çox şey varki bunu öz gözlərinizlə görməyiniz gərəklidir. Çünkü xöşbəxtliyi bəzən sözlə ifadə etmək mümkün olmur.